...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2007 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 28-də saat 15.20-dən 22.45-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 23.00-dan sentyabrın 29-u saat 01.40-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Şıxlar və Çıraqlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini, sentyabrın 28-də saat 22.20-dən 22.30-dək Ermənistanın Noyamberyan rayonunun Berdavan kəndinin şərqində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi sahəsindəki mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə şənbə günü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti