...

Azərbaycanın işğal olunan ərazilərində yenidən hərbi təlimlər başlanılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2007 11:32 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Şənbə günü səhər saat 10:45 radələrindən başlayaraq, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində yenidən hərbi təlimlərə başlayıb. Cəbhəyani kənd sakinlərinin Trend in bölgə müxbirinə verdiyi məlumata görə, Ermənistan ordusunun bölmələri Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində hərbi təlimlər keçirirlər. Təlimlərdə, əsasən, ağır artileriyadan istifadə olunur.

Azərbaycan Müdafiə Nazirliyindən isə, bildiriblər ki, Azərbaycanın işğal edilən əraziləri nəzarət olunmadığından, orada intensiv qanunsuz hərbi təlimlər keçirilir. Nazirlikdən, ötən illə müqayisədə, bu ilin 9 ayında atəşkəs hallarının pozulması faktlarının artdığını da deyiblər.

Xəbər lenti

Xəbər lenti