...

Rəsmi Bakı dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişənin həllinə ciddi şəkildə təsir göstərməyə çağıran Beynəlxalq Böhran qrupunu dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2007 20:42 (UTC +04:00)
Rəsmi Bakı  dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişənin həllinə ciddi şəkildə təsir göstərməyə çağıran Beynəlxalq Böhran qrupunu dəstəkləyir

Azərbayan, Bakı / Trend , müxbir S.Ağayeva /Azərbaycan hökuməti Beynəlxalq Böhran Qrupunun (BBQ) Dağlıq Qarabağ üzrə "Dağlıq Qarabağ: müharibə ilə risk etməklə" adlı hesabatını dünya ictimaiyyətinə məntiqli cavab hesab edir. "BBQ-nin ekspertləri dünya ictimaiyyətini prosesə təsir göstərməyə çağırmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ətrafında vəziyyəti düzgün qiymətləndirir" - deyə çərşənbə günü Azərbaycanın Prezidentin İcra Aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov BBQ-nin hesabatına dair Trend ə fikir bildirərkən bəyan edib.

BBQ-nin çərşənbə günü yayılan hesabatında bildirilir ki, Azərbaycan və Ermənistan silah yaraşmasına son qoymalı, hərbi ritorikadan imtina etməli və Dağlıq Qarabağ regionunda münaqişənin həlli prosesini bərpa etməlidirlər. Dünya ictimaiyyəti və dünyanın aparıcı dövlətləri problemi həll etmək istiqamətində səylərini artırmalı və münaqişənin hərbi yolla həllindən imtina etmək üçün tərəflərə təzyiq göstərməlidirlər.

Məmmədovun sözlərinə görə, Azərbaycan öz torpaqlarının daim işğal altında qalması ilə razılaşa bilməz, ölkə münaqişənin sülh yolu ilə həlli üçün əlindən gələni edir. Lakin Ermənistan rəhbərliyi bundan sui-istifadə edir və dünya ictimaiyyətini, o cümlədən, ATƏT-in Minsk qrupunu aldadır.

Məmmədov bildirib ki, Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan sülh yolu ilə həllin tərəfdarıdır, dövlətin suverenliyi və ərazi bütövlüyü, beynəlxalq norma və prinsiplərə uyğun olaraq, bərpa olunmalıdır, əks təqdirdə, münaqişənin sülh yolu ilə həlli qaçılmazdır.

"Əgər dünya ictimaiyyətinin və regionun aparıcı dövlətlərinin maraqlarını nəzərə alsaq, onlar vəziyyətə reaksiya verməli və problemin həlli üçün daha ciddi tədbirlər görməlidirlər" - deyə prezidentin icra apartının şöbə müdiri qeyd edib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti