...

ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yazılı təkliflərlə çıxış ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2007 15:24 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yazılı təkliflərlə çıxış ediblər

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yazılı təkliflərlə çıxış ediblər. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim Madriddə Trend in müxbirinə müsahibəsində bildirib.

İbrahim bildirib ki, təkliflər paketinə 10 təklif daxildir, bu təkliflərdən birb razılaşdırılmayıb, lakin prinsipial olduğu üçün o, bu təklif barədə açıqlama verməyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Madriddə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.

Nazirin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə vasitəçilər Bernar Fasyea (Fransa), Yuri Merzlyakov (Rusiya) və Metyu Brayza (ABŞ) ilə görüşü ATƏT-in xarici işlər nazirləri Şurasının İspaniya paytaxtında keçirilən 15-ci iclası çərçivəsində baş tutub.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti