...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün "Qızıl şans" yaranıb - ATƏT PA-nın rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2007 15:27 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün "Qızıl şans" yaranıb - ATƏT PA-nın rəhbəri

İspaniya, Madrid/ Trend müxbir A.Məhərrəmli/ Cümə axşamı Madriddə ATƏT-in Nazirlər Şurasının 15-ci iclasında təşkilatın Parlament Assambleyasının sədri Qoran Lenmarker Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün "Qızıl şans"ın yarandığını bəyan edib.

"Mən inanıram ki, Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə həlli üçün şərait yaranıb" - deyə o bildirib.

O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin işini yüksək qiymətləndirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki,J nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti