Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Estoniyanın müdafiə naziri Yak Aaviksoo(Jaak Aaviksoo) dünya ictimaiyyətini GUAM ölkələrində "dondurulmuş münaqişələr"i ləngitməkdə maraqlı
olan ölkələrə təzyiq göstərməyə çağırıb. Bu barədə Estoniyanın müdafiə naziri Estoniyada azərbaycanlı həmkarı Səfər Əbiyevlə Tallində keçirilən görüşündə, Azərbaycan və Estoniyanın müdafiə nazirləri arasında hərbi əməkdaşlığa dair Memorandumun imzalanması zamanı bildirib.
"Biz inanırıq ki, beynəlxalq ictimaiyyət gərginlyin ləngidilməsində maraqlı olan ölkələrə təzyiq göstərə bilər" - deyə Aaviksoo bildirib. Bu barədə Trend ə çərşənbə günü Estoniyanın Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir.
Azərbaycan və Estoniyanın müdafiə nazirləri Səfər Əbiyev və Yak Aaviksoo (Jaak Aaviksoo) Tallində hərbi əməkdaşlığa dair Memorandum imzalayıblar. Bu sənəd müdafiə sahəsində birgə məsləhətləşmələri və hərbi doktrinanın birgə işlənib hazırlanmasını, hüquqi bazanın səviyyəsinin artırılmasını, hərbi və mülki heyətin təlimini nəzərdə tutur.