...

Aİ Dağlıq Qarabağ problemi ətrafında vəziyyətin münaqişənin hərb yolu ilə həlli səviyyəsinə qədər pisləşməsinə imkan verməyəcək - Solana

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Dekabr 2007 12:54 (UTC +04:00)
Aİ Dağlıq Qarabağ problemi ətrafında vəziyyətin münaqişənin hərb yolu ilə həlli səviyyəsinə qədər pisləşməsinə imkan verməyəcək - Solana

Avropa İttifaqı Dağlıq Qarabağ problemi ətrafında vəziyyətin münaqişənin hərb yolu ilə həlli səviyyəsinə qədər pisləşməsinə imkan verməyəcək. Bu barədə bazar ertəsi Aİ-nin vahid xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana Ermənistanın baş naziri Serj Sarkisyanla Brüsseldə keçiridiyi görüşü zamanı bildirib.

"Görüş zamanı Solana münaqişənin hərb yolu ilə həllinin yolverilməz olduğunu bildirib və qeyd edib ki, Aİ münaqişənin bu səviyyəyə qədər pisləşməsinə imkan verməyəcək" - deyə respublika hakimiyyəti aparatının ictimaiyyət və mətbuatla iş üzrə idarəsindən "Novosti-Armeniya" agentliyinə verilən məlumatda bildirilir. Öz növbəsində Sarkisyan bəyan edib ki, Ermərimstan münaqişənin yalnız sülh yolu ilə həllini görür. Sarkisyanın sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün böyük imkanlar mövcuddur və nazir sülh yolu ilə həll prosesinə alternativin olmadığına əmin olduğunu bildirib. Ermənisitanın baş naziri onu da qeyd edib ki, Aİ-nin köməyilə Türkiyə ilə münasibətləri nizamlamaq olar və Ermənistan tərəfi bunun üçün hər iki ölkə arasında diplomatik əlaqələri şərtsiz bərpa etməyi təklif edir.

Xəbər lenti

Xəbər lenti