...

Beynəlxalq təşkilatlar Xocalı soyqırımını çoxdan pisləməli idilər – Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Fevral 2008 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir A.Qasımova / Bakıda əmindirlər ki, beynəlxalq təşkilatların 1992-ci ildə Xocalı şəhərində baş vermiş, Azərbaycan əhalisinin kütləvi qətlini pisləməsi gərəkdir.

"BMT, Avropa İttifaqı və bu kimi digər beynəlxalq təşkilatlar Xocalıdakı qırğını Xocalının günahsız əhalisinin soyqırımı kimi çoxdan pisləməli idilər", - Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev hesab edir.

1992-ci il fevralın 25 -dən 26 - na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə, Xankəndi və Əsgəran arasında yerləşən Xocalı şəhərini işğal edərək, Azərbaycan xalqına qarşı soyqırım törədiblər. Xocalının işğalı zamanı bir gecədə 613 dinc əhali, o cümlədən 83 uşaq, 106 qadın məhv edilib. Dəhşətli vəhşiliklər ona görə baş verib ki, Xocalının dinc sakinləri - Azərbaycanlılardır. Səkkiz ailə tam məhv edilib, 487 nəfər yaralanıb, onun 76 -sı uşaqdır; 1275 nəfər əsir götürülüb, 100-dən artıq vətəndaş əlil olub, 150 nəfərih taleyi haqqında indiyədək heç nə məlum deyil.

Nuriyevin sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ regionundakı kiçik Xocalı şəhərciyinin yüzlərlə müdafiəsiz əhalisini presedentsiz qırğını Azərbaycan əhalisinə qarşı ən dəhşətli cinayətə çevrilib.

Türkiyənin "Todays Zaman" qəzetində Nuriyevin məqaləsində deyildiyi kimi, Xocalıdakı faciə regional geosiyasətə güclü təsir edib. "Türkiyə, İran, Rusiya regionda sonrakı qeyri-sabitliyə dair dərin təəssüflərini bildiriblər. Hətta bütün bu ölkələrdə Azərbaycan diasporu kütləvi etiraz aksiyaları təşkil ediblər. Etiraz aksiyalarında onlar yaşadıqları ölkələrin münaqişə zonasında qan tökülməsinin qarşısını almaları tələblərini nümayiş etdiriblər", - Nuriyev deyib.

Onun sözlərinə görə, hər bir ölkə müxtəlif addımlar atıb. Türkiyə öz sərhədlərini bağlayıb və ölkədə geniş əhali kütləsi hökumətin siyasətini tənqid etdikdən sonra, Ermənistanı iqtisadi blokadaya qoyan yeganə dövlətdir. İran Azərbaycan və Ermənistan arasında bir vasitəçi rolunu oynamaq üçün diplomatik tədbirlər görüb. Rusiya təcili şəkildə özünün 366-cı alayını ləğv edib və Dağlıq Qarabağdan bəzi hərbi texnikasını geri çağırıb.

"Qətiyyətlə görünür ki, Xocalı faciəsi - Qafqazdakı günahsız əhalinin müasir dövrdə ən böyük qırğınıdır. Eyni zamanda, azərbaycanlılar və regionda yaşayan digər insanlar üçün "Xocalı" sözü, ağrı, qəm, rəhmsizlik sözü ilə eyni olub. Xocalı - müstəqil Azərbaycan tarixində ən faciəli səhifə və erməni təcavüzünün törətdiyi fəlakətin rəmzidir", - analitik qeyd edib. Onun sözlərinə görə, dünya azərbaycanlıları Xocalı qurbanlarının xatirəsini yad edir və beynəlxalq cəmiyyətin, Ermənistanı insanlığa qarşı həyata keçirilən cinayətə görə cavab verməyə beynəlxalq cinayət tribunalına gətirəcəyi ümidi ilə yaşayır. Müxtəlif dövlət strukturları və qeyri - hökümət təşkilatları Azərbaycana qarşı davam edən təcavüzü pisləyiblər və erməni qüvvələri tərəfindən işğal olunan ərazilərin azad edilməsinə kömək ediblər. Böyük dövlətlər bilməli və yadda saxlamalıdırlar ki, insanlıq ləyaqətinə və azadlığına ehtiram və ədalətin olmadıqda, doğru, uzunsürən və sabit sülh olmayacaq, - Elxan Nuriyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti