...

ABŞ Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində insan itkisi ilə bağlı təəssüf edir - səfir (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2008 12:56 (UTC +04:00)
ABŞ Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində insan itkisi ilə bağlı təəssüf edir - səfir (video)

Azərbaycan, Bakı, 06 mart / " , K.Ramazanova / ABŞ Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində insan itkisi ilə bağlı təəssüfünü bildirir. "Biz hər iki ölkənin hökumətini atəşkəs rejiminə əməl etməyə çağırırıq" - deyə cümə axşamı Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlayıb. Azərbaycanın 20 faiz torpaqları - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal edilib.1994-cü ilin mayında tərəflər atəşkəsə nail olublar və indiyədək ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları aparılır.

Martın 4-də səhər saatlarında Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində cəbhənin bir neçə istiqamətində atışma başlayıb. Bununla da atəşkəs pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, atışma zamanı 12 erməni əsgəri məhv edilib,15 əsgəri isə ağır yaralanıb. Atışma nəticəsində Azərbaycan Milli Ordusunun dörd əsgəri həlak olub.

Səfirin sözlərinə görə, buna bənzər hadisələr bölgədə sabitliyi pozur və Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyini bir daha sübut edir .

"Bu problem müharibə yolu ilə həll edilməyəcək" - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti