...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Mart 2008 10:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 7-də saat 18.20\-dən 18.40-dək və saat 22.30-dan 22.45-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam və Koxa Nəbi kəndləri sahəsindəki mövqelərini, saat 21.15-dən 23.15-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Qərvənd kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, martın 8-də saat 01.35-dən 01.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 01.40-dan 01.50-dək Tərtər rayonunun Qızıl Oba kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 04.40-dan 04.55-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti