...

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının alternativi yoxdur – Ermənistanın XİN başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2008 18:12 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının alternativi yoxdur. "Armİnfo"nun verdiyi xəbərə görə, bu barədə Ermənistanın XİN başçısı Edvard Nalbəndyan bir gün əvvəl Parisdə fransalı həmkarı Bernar Kuşner ilə görüşdən sonra jurnalistlərə bildirib.

Ermənistanın münaqişənin sülh danışıqları yolu ilə nizamlanmasına hazır olduğunu təsdiq edən nazir, danışıqların davam etdirilməsi üçün tərəflər arasında etibarlı və konstruktiv mühitin yaradılmasının vacibliyini qeyd edib. Azərbaycanın XİN başçısı Elmar Mməmdyarovla qarşıdakı görüşü barədə danışan Nalbəndyan vasitəçilərin köməyi ilə məsələnin həllinə nail olmaq üçün, konstruktiv dialoqun davam etdiriləcəyinə ümid etdiyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti