Azərbaycan, Bərdə, 9 may / Trend müxbir Ş.Cəliloğlu / Ermənistan silahlı qüvvələri tərəfindən cəbhənin Ağdam istiqamətində atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Milli Ordusunun daha bir əsgəri yaralanıb.
Şəmkir Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan iyirmi yaşlı Çingiz Cəfarov bədən nahiyyəsindən güllə yarası alıb.
Yaralanan əsgər yaxındakı hərbi hospitala yerləşdirilib.
Hazırda onun səhhəti barəsində məlumat yoxdur.