...

Rusiya Ermənistanı qoşunlarını Azərbaycan ərazilərindən çıxartmağa çağırmalıdır - Azərbaycan XİN-in mətbuat katibi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyun 2008 13:37 (UTC +04:00)
Rusiya Ermənistanı qoşunlarını Azərbaycan ərazilərindən çıxartmağa çağırmalıdır -  Azərbaycan XİN-in mətbuat katibi

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir S.Ağayeva/ Rusiya Ermənistanı qoşunlarını Azərbaycan ərazilərindən çıxartmağa çağırmalıdır. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun əvvəllər bildirdiyinə görə, iyirmi il öncə başlanan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil.

Lavrovun bəyanatını şərh edən İbrahim Rusiya tərəfini Ermənistana da belə bir məlumat göndərməyə çağırıb. Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 6-da Sank-Peterburqda keçiriləcək görüşündən danışan Azərbaycan XİN-in mətbuat katibi Bakının Yerevandan konstruktiv mövqe nümayiş etdirilməsini gözlədiyini bildirib. Əks təqdirdə, Azərbaycan danışıqlardan imtina edə bilər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır

Xəbər lenti

Xəbər lenti