...

Rusiya Ermənistana onun təcavüzkar siyasətinin yolverilməz olduğunu izah etməlidir – Azərbaycan XİN-i

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2008 13:47 (UTC +04:00)
Rusiya Ermənistana onun təcavüzkar siyasətinin yolverilməz olduğunu izah etməlidir – Azərbaycan XİN-i

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir S.Ağayeva/ Rəsmi Bakı Rusiyanı, Ermənistana Dağlıq Qarabağ münaqişəsində təcavüzkar siyasətinin yolverilməz olduğunu izah etməyə çağırır.

"Rusiya ATƏT-in Minks Qrupunun həmsədrlərindən biri kimi Ermənistanı başa salmalıdır ki, onun təcavüzkar siyasəti yolverilməzdir",- deyə bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

Bakı Rusiyanı işğalçı ölkəyə hərbi yardım göstərməkdən imtina etməyə çağırır. "Ermənistan və Rusiya hərbi sahədə fəal əməkdaşlıq edir və bu, heç kimə sirr deyil. Hər iki ölkə Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatının üzvüdür və söhbət ondan gedir ki, Rusiya işğalçı ölkəyə hərbi yardım göstərirmi", - deyə İbrahim söyləyib.

O hesab edir ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına yardım göstərməli, Ermənistanı daha konstruktiv mövqe tutmağa çağırmalıdır.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti