...

Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa Şurasıın səlahiyyətlərinə daxil deyil ї AŞ nazirlər Komitəsinin sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2008 00:53 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa Şurasıın səlahiyyətlərinə daxil deyil ї AŞ nazirlər Komitəsinin sədri

Fransa, Strasburq, 23 iyun / Trend müxbir A.Məhərrəmli/ Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa Şurasıın səlahiyyətlərinə daxil deyil. Bu barədə AŞ PA ilk yay sesiyası iclasının birinci günündə AŞ nazirlər Komitəsinin sədri, İsveç xarici işlər naziri Karl Bildt, Milli Məclisin deputatı Qənirə Paşaevanın Avropa Şurasının Ermənistandan azərbaycan torpaqlarını boşaltmağı hansı səbəbdən tələb etməməsi sualını cavablandırarkən bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda danışıqlar davam edir. Biz, münaqişənin həllini tezləşdirə bilən Ermənistan və Azərbaycan prezidentləri səviyyəsində görüşləri dəstəkləməliyik", - deyə Karl Bildt qeyd etdi.

Onun sözlərinə görə, Cənubi Qafqaz AŞ narahat edən məslələrdən biridir. Bu üç ölkədə AŞ qəbul olunduqdan sonra insan haqları, qanunun aliliyi və demokratik inistutların aliliyi sahəsində uğurlar əldə olunub.

"Münaqişənin həlli regionun çiçəklənməsi və iqtisadi inkişafının açarıdır. Bu münaqişələrin həlli bizim səlahiyyətlərimizdə deyil. Qeyd etmək istəyirəm ki, biz Gürcüstanın ərazi bütövlüyünə fundamental önəm veririk, lakin Abxaziyanın gələcəkdə geniş muxtariyyat alması məsələsi də şübhə deyil. Çünki bu regiondakı stabillik üçün daha da pis nəticələr verə bilər", - Karl Bildt deyə qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti