...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2008 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul/ Trend , müxbir C.Babayeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 20-də saat 09.50-dan 10.05-dək, 16.30-dan 19.15-dək və saat 22.10-dan 22.30-dək fasilələrlə Ermənista Respublikası Berd rayonu Mosesqx, İcevan rayonu Berkaber, Noyemberyan rayonu Voskepar kəndləri ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndləri ərazisində yerləşən mövqelərini, saat 12.50-dən 12.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.40-dan 17.45-dək, 21.35-dən 23.30-dək və iyulun 21-də saat 05.30-dan 05.38-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 17.10-dan 20.00-dək fasilələrlə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyulun 21-də saat 01.25-dən 01.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli yaxınlığında yerləşən mövqelərdən, saat 05.25-dən 05.35-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti