...

Azərbaycan beynəlxalq humanitar hüququ pozması barədə Ermənistanın ittihamları ilə razı deyil – XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyul 2008 15:03 (UTC +04:00)
Azərbaycan beynəlxalq humanitar hüququ pozması barədə Ermənistanın ittihamları ilə razı deyil – XİN

Azərbaycan, Bakı, 25 iyul/ Trend , müxbir E.Əliyev/ Azərbaycan beynəlxalq humanitar hüququ pozması barədə Ermənistanın ittihamları ilə razı deyil.

"Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Azərbaycanın beynəlxalq humanitar hüququ pozması barədə öz bəyanatları və iddiaları ilə qanunsuz və beynəlxalq hüquqa zidd bütün hərəkətlərinə görə məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyir", - Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim cümə günü Trend News -a bildirib.

Cümə axşamı Ermənistanın Əsir, girov və itkin düşmüşlərin məsələləri üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyan bəyan edib ki, Azərbaycan cari ilin aprelində saxlanılan dörd ermənini qaytarmayaraq beynəlxalq humanitar hüququ pozur və Ermənistan dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etməyə hazırlaşır.

Dörd erməni hərbçi cari ilin aprel ayında Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılıb.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, həmin saxlanılan şəxslər Azərbaycan ərazisində təxribatlar hazırlayan xüsusi təyinatlılardır.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti