...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyul 2008 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 29-da saat 23.25-dən 23.30-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini, saat 20.10-dan 20.25-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.25-dən 22.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.15-dən 23.25-dək Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 30-da saat 02.45-dən 04.45-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti