...

Qarabağ münaqişəsinin dinc nizamlanması üzrə danışıqlarınimitasiyası heç kəsə faydalı deyil – Azərbaycanın xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2008 18:55 (UTC +04:00)

Rusiya, Moskva, 01 avqust/ Trend , müxbir R.Ağayev Azərbaycanın XİN rəhbəri hesab edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanması üzrə danışıqlar prosesinin imitasiyası nə danışıqların iştirakçılarına, nə də münaqişənin həlli üzrə vasitəçilərə faydalı deyil. "Danışıqlar prosesinin imitasiyası heç kəsi qane etmir - nə danışıq iştirakçılarını, nə də vasitəçiləri, - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Moskvada keçirilən brifinqdə Trend -un sualına cavab verərkən, erməni həmkarı Edvard Nalbandyanla keçirilən məsləhətləşmələri şərh edərək bildirib.

Nazirin sözlərinə görə, münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar prosesini tezliklə "ölü nöqtədən tərpətməyə" çalışırlar.

Nalbandyan bildirib ki, danışıqlar imitasiya olsaydı, o zaman tərəflər həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində görüşmək imkanı axtarmazdılar. Nazir bildirib ki, belə görüşlərə zərurət var və əlavə edib ki, problemi Ermənistan və Azərbaycan həll etməlidir. "Düşünürəm ki, hər iki tərəfdən siyasi iradə olarsa, problem həll edilə bilər", - Nalbandyan bildirib.

Xəbər lenti

Xəbər lenti