...

Türkiyənin rabitə şirkəti Qarabağ separatçılarının rabitə şirkəti ilə əməkdaşlığı dayandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2008 17:21 (UTC +04:00)
Türkiyənin rabitə şirkəti Qarabağ separatçılarının rabitə şirkəti ilə əməkdaşlığı dayandırıb

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın işğal altında olan ərazilərində - Dağlıq Qarabağda fəaliyyət göstərən "Karabakh telecom" şirkəti ilə Türkiyənin "Avea" Rabitə Xidmətləri Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair ikitərəfli müqavilə dayandırılıb. Bu barədə cümə axşamı Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Ötən günlərdə Azərbaycan mətbuatında çıxan məlumatlarda Dağlıq Qarabağda fəaliyyət göstərən "Karabakh Telecom" şirkətilə yüzə yaxın ölkənin şirkətlərinin müqavilə imzaladığı və bu şirkətlər arasında Türkiyənin "Avea" Rabitə Xidmətləri Qapalı Səhmdar Cəmiyyətinin də olduğu bildirilib.

Məsələ ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyi "Avea" şirkətindən açıqlama istəyib. Şirkətdən bildirilib ki, həm müqavilədə, həm də yazışmalarda "Karabakh Telecom" ünvanını səhv göstərib. Onunla 2005 - ci il martın 13 - də imzalanan dövriyyə müqaviləsinə əsasən, həmin ilin aprelində qarşılıqlı şəkildə beynəlxalq dövriyyə xidməti açılıb: "Lakin "Karabakh telecom" şirkətinin ünvanını səhv bildirməsi 2008-ci il avqustun 5 - də də məlum olub. Ikitərəfli müqavilə həmin gün pozulub və beynəlxalq dövriyyə xidməti hər iki tərəfdən bağlanılıb" - deyə Türkiyə səfirliyinin məlumatında deyilir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 -cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti