Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 19-da saat 14.20-dən 14.30-dək və avqustun 20-də saat 05.50-dən 06.00-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.20-dən 22.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, avqustun 20-də saat 06.20-dən 06.45-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.