...

Ermənistanın Türkiyə ilə münasibətləri yoluna qoymaq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə etmək üçün "tarixi imkanı" var – ABŞ səfiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2008 17:00 (UTC +04:00)

Hazırda Ermənistanın Türkiyə ilə münasibətləri yoluna qoymaq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə etmək üçün "tarixi imkanı" var. Bu barədə cümə axşamı ABŞ -ın Ermənistandakı səfiri Mariya Yovanoviç bildirib.

"Mediamaks" agentliyinin verdiyi xəbərə görə, bu gün Yerevanda keçirdiyi ilk mətbuat konfransında çıxış edən Mariya Yovanoviç bildirib ki, Ermənistan -Türkiyə sərhədinin açılması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Ermənistan -Amerika münasibətlərinin gələcək inkişafı üçün səy göstərəcək.

ABŞ -ın Türkiyənin "Qafqazda stabillik və əməkdaşlıq Platforması"nın yaradılması təşəbbüsünə münasibəti ilə bağlı suala cavab verən Yovanoviç bildirib ki, "Türkiyə təşəbbüsünün təfsilatı hələ aydın deyil və bunu şərh etmək çətindir, lakin ABŞ regional stabillik, inteqrasiya və əməkdaşlığın möhkəmləndirilməsi üzrə təşəbbüsləri alqışlayıb".

ABŞ -ın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi zəminində Dağlıq Qarabağ probleminin nizamlanma pekspektivləri barədə sualı cavablandıran ABŞ -ın Ermənistandakı səfiri bildirib ki, hər bir münaqişə öz - özlüyündə nadirdir və bu istiqamətdə də həll edilməlidir.

"Olduqca mühüm olan ərazi bütövlüyü prinsipi ilə yanaşı, güc tətbiqi və öz müqəddəratını təyin etmə kimi əhəmiyyətli prinsiplər də var. Dağlıq Qarabağla bağlı proses davam edir, o irəliləyir və biz onun müsbət inkişafına ümid edirik", - deyə Mariya Yovanoviç bildirib.

Xəbər lenti

Xəbər lenti