...

ATƏT təmas xəttində monitorinq keçirməyi planlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Noyabr 2008 10:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend , E.Hüseynli/ ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 19-da Azərbaycan Respublikasının Tovuz rayonunun Muncuqlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend - a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiç keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Vladimir Çountulov və İrci Aberle keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti