...

Tərəflərin mövqeləri qətiləşməlidir - ATƏT-in Minsk qrupunun həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2008 01:05 (UTC +04:00)
Tərəflərin mövqeləri qətiləşməlidir - ATƏT-in Minsk qrupunun həmsədri

Finlandiya, Helsinki, 05 dekabr / Trend , müxb. İ.Qusatinskaya/ ABŞ-ın Dövlət katibinin köməkçisinin müavini, ATƏT-in Minsk qrupunun həmsədri Metyu Bayza Azərbaycan və Ermənistan arasında əldə olunacaq sazişdə üç prinsipin - gücdən istifadə edilməməsinin, xalqların müqəddəratlarının müəyyən etmək hüququnun və sərhədlərin toxunulmazlığının əks olunmasının tərəfdarıdır. Bu barədə o, ATƏT-in üzv ölkələrin xarici işlər nazirlərinin Helsinkidə keçirilən sammitində jurnalistlərlə görüşü zamanı deyib.

Brayzanın sözlərinə görə, tərəflərin mövqeləri qəti surətdə müəyyənləşməlidir. "Həm İlham Əliyevin, həm də Serj Sarkisyanın müəyyən fikirləri var, və onlar bu fikirlərin sazişdə əks olunmasını istəyirlər". Lakin Minsk qrupunun həmsədri bu fikirlər haqqında rəy bildirməkdən boyun qaçırıb.

Sammit bu gün işini davam etdirəcək.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti