...

Azərbaycanın hərbi büdcənin artırılması siyasəti gözlənilməz nəticələrə gətirə bilər – Ermənistan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2008 15:35 (UTC +04:00)

Azərbaycanın hərbi büdcənin artırılması üzrə apardığı siyasət gözlənilməz nəticələrə gətirə bilər, - Ermənistanın xarici işlər naziri qonşu Azərbaycanın AASMM normalarını pozması barədə sualı cavablandıraraq bildirib, - Novosti-Armeniya xəbər verir.

"Biz dəfələrlə dünya ictimaiyyətinin diqqətini Azərbaycanın hərbi büdcəsini artırmasına və bu istiqamətdə fəaliyyətini davam etdirməsinə yönəltmişik. Təəssüf ki, əksər ölkələr, o cümlədən də ATƏT belə rəftara və siyasətə, Azərbaycanın yol verdiyi beynəlxalq müqavilə pozuntularına heç bir qiymət vermir", - nazir bazar ertəsi mətbuat konfransında bildirib.

Ermənistanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, dekabrın 4-də Helsinkidə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası zamanı ATƏT-ə üzv ölkələrin diqqətini Azərbaycanın beynəlxalq müqavilə, o cümlədən də AASMM normalarını pozmasına yönəldib və bu məsələyə daha ciddi yanaşmağa çağırıb.

"Belə siyasət gözlənilməz nəticələrə gətirə bilər. Ölkə hərbi büdcəsini artırır və sülh istədiyini deyirsə, bu, nədənsə xəbər verir. Lakin Azərbaycandan tamamilə başqa şey - onun müharibə imkanını istisna etmədiyini eşidirik. Belə vəziyyətdə sərhəddəki istənilən  hadisə nəzarətdən çıxa və həm Azərbaycan, həm Ermənistan, həm də region üçün ağır nəticələrə gətirə bilər", - erməni nazir bildirib.

ATƏT-in Baş katibi Mark Perren de Brişambo (Marc Perrin de Brichambaut) qeyd edib ki, Təşkilat bütün üzv ölkələr üçün ümumi olan güc tətbiq edilməməsi prinsipinin tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti