...

Azərbaycan Ordusunun əsir götürülmüş əsgərinin valideyni övladlarının vətənə qayıtmaq istəməməsi barədə yayılan məlumatları təxribat hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2008 16:57 (UTC +04:00)

Azərbaycan, Bərdə, 19 dekabr / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycan Ordusunun ermənilər tərəfindən əsir götürülmüş əsgərinin vətənə qayıtmaq istəməməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar yalandır.Bu barədə əsirin atası Rəhman Həsənov cümə günü Trend - a bildirib.

Bu gün Ermənistan mətbuatının yaydığı məlumata görə, Həsənov Azərbaycana qayıtmaq istəmədiyini bildirib.

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri, 1989 - cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 2008 - ci il oktyabrın 8 - də qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.

Həsənovun ailəsi ona növbəti məktubu yazıb və çatdırılması üçün BQXK-nin nümayəndəsinə təqdim edib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Rafiq Həsənovun əsirlikdən azad olunması istiqamətində müvafiq tədbirlər görülür.

Həsənov deyib ki, oğlunun vətənə qayıtmaq istəməməsi barədə yayılan məlumatlar ermənilərin növbəti təxribatıdır.

"Əgər oğlum belə bir fikir söyləyibsə, bunu təzyiq altında deyib",-Həsənov bildirib.

Valideyni bildirib ki, Həsənov dekabrın 12 - də ailəsinə yazdığı məktubunda Vətənə qayıtmaq istədiyini yazıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti