...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Dekabr 2008 10:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 19 - da saat 20.25 - dən 20.35 - dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.20 - dən 23.50 - dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 20-də saat 01.00 - dan 01.15 - dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.30-dan 05.55 - dək, 07.25 - dən 07.50 - dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti