...

Dağlıq Qarabağ məsələsi nizamlanmayınca, Ermənistan -Türkiyə münasibətləri yoluna düşməyəcək – Levon Ter - Petrosyan

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Dekabr 2008 11:59 (UTC +04:00)

Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, Ermənistan-Türkiyə münasibətləri qaydasına düşməyəcək, ölkələr arasındakı sərhədlər açılmayacaq. Bu barədə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan dünən Ermənistan Milli Konqresinin (EMK) birinci forumunda çıxış edərkən bildirib.

"Lakin bu metodoloji prinsipin reallaşdırılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində, xüsusilə də Azərbaycana təsir məsələsində Türkiyənin mövqeyinin nə dərəcədə qərəzsiz və konstruktiv olacağından asılıdır", - bu barədə, EMK- dan Novosti-Armeniya -ya bazar ertəsi verilən məlumata görə, Ter-Petrosyanın çıxışında bildirilir. Ter-Petrosyan qeyd edib ki, Türkiyə tərəfi erməni - türk münasibətlərinin nizamlanması kontekstində, ehtimal ki, erməni "soyqrımı" məsələsi üzrə erməni - türk tarixçiləri komissiyasının yaradılmasını da nəzərdə tutur.

2005 - ci ildə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, ötən əsrin əvvəllərində Osmanlı İmperiyasında ermənilərin kütləvi şəkildə qırılması və oradan deportasiya edilməsi ilə bağlı vəziyyəti öyrənəcək erməni - türk tarixçiləri birgə komissiyasının yaradlılması təşəbbüsünü irəli sürüb.

"Həm Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində, həm də erməni - türk münasibətlərinin qaydaya salınmasında ciddi maneələr yarada biləcək bu unudulmuş ideya Serj Sarkisyan tərəfindən ehtiyatsız şəkildə siyasi gündəmə gətirilib. Türkiyə bu komissiyanın yaradılması niyyətindən imtina etməyəcək, Sarkisyan isə, hətta bunu çox istəsə belə, bu ideyanın reallaşdırılmasında ictimai rəyin təzyiqi altında uğur əldə edə bilməyəcək", - deyə o qeyd edib.

Ermənistan ilə Türkiyə arasında diplomatik münasibətlər yoxdur. Ermənistan -Türkiyə sərhədi rəsmi Ankaranın təşəbbüsü ilə 1993 - cü ildən bağlıdır.

Xəbər lenti

Xəbər lenti