...

Azərbaycan və Ermənistan prezidentləri yanvarın sonunda görüşə bilər – Minsk Qrupunun rusiyalı həmsədri (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2009 19:20 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri yanvarın sonunda görüşə bilər – Minsk Qrupunun rusiyalı həmsədri (video)

Azərbaycan, Bakı, 19 yanvar/ Trend , müxbir E.Tariverdiyeva/ ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan prezidenti ilə görüşün yekunlarına əsasən, Davosda keçiriləcək forum çərçivəsində, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ilkin razılıq alıblar.

"Prezidentlərin görüşünün daha çox ehtimal edilən tarixi - yanvarın 28 - də günortadır", - Minsk Qrupunun Rusiyadan olan həmsədri Yuri Merzlyakov bazar ertəsi jurnalistlərə bildirib.

"Biz İrəvanda erməni tərəfindən müvafiq razılıq almağa ümid edirik", - Merzlyakov deyib.

Rusiyalı diplomatın sözlərinə görə, gündəlikdə baza prinsipləri haqqında aktual məsələlər dayanır. "Prezidentlərin görüşü baş tutsa,  görüş bəzi prinsiplərin sonrakı dəqiqləşdirilməsinə həsr olunacaq", - o qeyd edib. Bəzi formulların dəyişdirilməsi mümkündür.

ATƏT-in Minsk Qrupunun həmsədrləri bazar ertəsi Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Həmsədrlər prezident və XİN rəhbəri ilə Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991 - ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti