...

Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması halları artmayıb – ATƏT nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2009 14:22 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarının sayı artmayıb.

Armİnfo-nun verdiyi xəbərə görə, regional səfər çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrləri ilə birgə Xankəndində səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik jurnalistlərin Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində atəşkəs rejiminin pozulması hallarının artması fikirləri ilə razı deyil.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Kaspşik bununla yanaşı qeyd edib ki, "sadəcə əvvəl bu barədə rəsmi bəyanatlar olmurdu, indi isə olur". Onun sözlərinə görə, atəşkəs rejiminin pozulması hallarının sayı xüsusi olaraq artmayıb. Jurnalistlərin Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttindən snayperlərin çıxarılması təklifi ilə bağlı sualına cavab verən Kaşpşik bildirib ki, bu, müzakirələrin mövzusudur və o, müsbət nəticəyə ümid edir.

Xəbər lenti

Xəbər lenti