...

Rəsmi Bakı hesab edir ki, Ermənistan üçün real fikirləşmək vaxtı yetişib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2009 01:28 (UTC +04:00)
Rəsmi Bakı hesab edir ki, Ermənistan üçün  real fikirləşmək vaxtı yetişib

Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Araz Əzimov ümid edir ki, qlobal iqtisadi böhran Ermənistanı işğal etdiyi ərazilərə müstəqillik verməsi ilə bağlı tələblərindən əl çəkməyə məcbur edəcək və bununla əlaqədar real düşünmək zamanı çatıb. Bu barədə Əzimov Röyter agentliyinə müsahibəsində bildirib.

Xarici İşlər Nazirinin müavini Əzimov deyib ki, Azərbaycan güclənən iqtisadiyyatı və ordusu ilə özünün Qərb üçün stabil tərəfdaş imicini möhkəmləndirir və çalışır ki, Ermənistanı kompromislərin vacibliyində inandırsın.  

"Rəsmi Bakı müharibə axtarmır. Güclü ordusu olmaq yaxşı haldır, amma bundan da yaxşı həmin ordunu istifadə etməməkdir. Biz heç vaxt deməmişik və demirik ki, Ermənistanla müharibəyə başlayacağıq. Amma Ermənistan regiona müstəqillik verilməsində israr edir. İstənilən halda və nəyin bahasına olursa olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik", - Əzimov bildirib.

Rusiyanın Ermənistana silah göndərməsi ilə bağlı informasiyaya toxunaraq, nazir müavini deyib ki, Ermənistan özünün hərbi müttəfiqi olan Rusiya tərəfindən silahla təmin olunur.

"Rusiya Ermənistanı silahlandırır və ona Gümrüdəki hərbi bazasından istifadədən çıxmış silahlarını verir. Gümrüyə yeni hərbi texnika gətirilir, bəs köhnələrini nə edirlər? Yenilərini gətirirlər, amma geri heç nə aparmırlar", - azərbaycanlı nazir müavini əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti