...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına maksimum yardım göstərməyə hazırdır – Dövlət Departamenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Aprel 2009 08:45 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına maksimum yardım göstərməyə hazırdır – Dövlət Departamenti

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir E.Tariverdiyeva /  

Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına maksimum yardım göstərməyə hazırdır. Bu barədə ABŞ-ın Dövlət katibi köməkçisinin müavini Metyu Brayza bildirib.  

"ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupu ilə birgə işləyərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün hər şey etməyə hazır olduğuna aydın işarə edib", - deyə o, Trend -a Vaşinqtondan telefonla bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

"Bizim əlimizdə Qafqaz regionunun çiçəklənməsi və sülhün bərqərar olması üçün tarixi fürsət var", - deyə Brayza bildirib. 

Onun sözlərinə görə, prezident Obama Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını tam olaraq dəstəkləyir. "Bu münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqinin əldə olunmasına yardım göstərə bilər", - deyə Brayza bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı-  [email protected]

Xəbər lenti

Xəbər lenti