...

ABŞ-ın Dövlət Katibi Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ ətrafında yaranan mübahisəni həll etməyə çağırıb (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2009 10:29 (UTC +04:00)

Dünən Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ-ın Dövlət Katibi Hillari Klinton arasında görüş keçirilib. ABŞ Dövlət Departamenti saytının məlumatına görə, Hillari Klinton ABŞ prezidentinin Administrasiyasında Elmar Məmmədyarovu salamlayıb və qeyd edib ki, Azərbaycan - həm regional, həm də qlobal mənada mühüm strateji mövqeyə malik ölkədir.

"Biz bir sıra mühüm məsələlərdə sıx qarşılıqlı əlaqələrə malikik. Bu gün biz bu qarşılıqlı əlaqələri necə genişləndirmək və dərinləşdirmək məsələlərini müzakirə edəcəyik" - deyə o bildirib.

Azərbaycanın xarici işlər naziri öz növbəsində görüşün Azərbaycan və ABŞ arasında mövcud olan strateji tərəfdaşlığın gələcək inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib.

RBK-nın Associated Press -ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Dövlət Katibi Ermənistan və Azərbaycanı bu iki ölkənin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlər zamanı Dağlıq Qarabağ ətrafında yaranan ərazi mübahisəsini həll etməyə çağırıb. Görüşlərin nəticələri haqqında əlavə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti