...

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcəklər — amerikalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 May 2009 17:03 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcəklər — amerikalı həmsədr

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir E.Tariverdiyeva /

Yaxın bir neçə həftədə ATƏT-in Minsk qrupunun hər üç həmsədri regiona səfər edəcəklər. Bu barədə Trend -a mayın 15-də telefonla amerikalı həmsədr Metyu Brayza bildrib.

"Ola bilsin ki, yaxın vaxtlarda həmsədrlərlə regiona birgə səfər etdik, lakin biz onun dəqiq tarixini hələ müəyyən etməmişik", - deyə Brayza bildirib.

Brayzanın sözlərinə görə, o özü ən yaxın vaxtlarda hazırda Azərbaycanda səfərdə olan fransalı həmsədr Bernar Fasyenin ardınca gəlsin.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti