...

ATƏT-in qoşunların təmas xəttində apardığı monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyun 2009 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir K.Zərbalıyeva /

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 8-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndində qoşunların təmas xəttində aparılan monitorinq insidentsiz ötüşüb. Bu barədə Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Caslan Nurtazin keçiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrci Aberle və Vladimir Çontulov keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti