...

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə Dağlıq Qarabağ probleminin həlli məsələlərinin paralel nəzərdən keçirilməsi regionda sülhü təmin edəcək – Türkiyə XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2009 13:32 (UTC +04:00)
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə Dağlıq Qarabağ probleminin həlli məsələlərinin paralel nəzərdən keçirilməsi regionda sülhü təmin edəcək – Türkiyə XİN rəhbəri

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir А.Аxundov /

"Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ probleminin həlli məsələlərinin paralel nəzərdən keçirilməsi regionda davamlı sülhü təmin edəcək", - cümə günü Triyestdə (İtaliya) "böyük səkkizlərin" (G8) xarici işlər nazirlərinin Əfqanıstandakı vəziyyət üzrə müzakirələrində iştirak edən Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu jurnalistlərə deyib. Bu barədə Turk.net informasiya saytı xəbər verir.

Davudoğlu bildirib ki, G8 xarici işlər nazirləri bəyanatlarında Türkiyə və Ermənistanın münasibətləri normallaşdırma səylərini müsbət qiymətləndiriblər.

O, Azərbaycan və Ermənistan rəhbərliyinin problemi həll etmək yolundakı səmimi səylərini yüksək qiymətləndirib və əlavə edib ki, Türkiyə konkret irəliləyiş gözləyir.

Türkiyənin xarici işlər naziri, həmçinin deyib ki, gələn həftə Rusiyaya səfər edəcək və rusiyalı həmkarı Sergey İvanovla ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti