...

Türkiyə Ermənistanla münasibətləri fonunda Azərbaycanın maraqlarına zidd addım atmayacaq - türkiyəli deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2009 13:52 (UTC +04:00)
Türkiyə Ermənistanla münasibətləri fonunda Azərbaycanın maraqlarına zidd addım atmayacaq - türkiyəli deputat

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir R.Hafizoğlu /

Türkiyənin müxalif Milliyətçi Hərəkat Partiyası (MHP) hesab edir ki, Türkiyə Ermənistanla münasibətləri fonunda Azərbaycanın maraqlarına zidd addım atmayacaq.

"Türkiyə Ermənistala diplomatik münasibətlərinə görə Azərbaycanın maraqlarına zidd addım atmayacaq", - deyə çərşənbə axşamı Trend -a Ankaradan telefonla Türkiyə Böyük Millət Məclisinin (Parlament) MHP-dən olan deputatı Şenol Bal deyib.

Trend -un arayışı: Bazar ertəsi axşam Türkiyə XİN bildirib ki, Ermənistan ilə İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə protokol"un imzalanmasına dair "daxili siyasi məsləhətləşmələr"in başlanması barədə razılıq əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkənin parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in mətbuata məlumatında deyilir.

"Türkiyənin məqsədi qonşuları ilə ən yaxşı münasibətlərdə olmaq və Qafqazda stabilliyin və sülhün təmin edilməsidir", - Davudoğlu NTV teleşirkətinə müsahibəsində bildirib. Türkiyənin xarici işlər naziri bildirib ki, Ankara Ermənistan ilə münasibətlərin normallaşdırılmasının hər bir mərhələsində Azərbaycanın maraqları nəzərə alınacaq.

Türkiyəli millət vəkili hesab edir ki , XİN rəsmisindən əvvəl ölkənin Baş naziri də Azərbaycana rəsmi olaraq sərhədlərin Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər açılmayacağı haqda təminat verib.

"Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da qardaş ölkənin maraqlarına zidd addım atılacağı bir o qədər də inandırıcı deyil", - deyə o bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti