...

Vaşinqton Azərbaycan və Ermənistan dövlət başçılarının Kişinyovda keçiriləcək görüşünün səmərəliliyinə ümid edir - dövlət katibinin köməkçisi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2009 11:19 (UTC +04:00)
Vaşinqton Azərbaycan və Ermənistan dövlət başçılarının oktyabrın 8-də Kişinyovda keçiriləcək görüşünün səmərəliliyinə ümid edir, Trend News-a ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon (Philip Gordon) bildirib.
Vaşinqton Azərbaycan və Ermənistan dövlət başçılarının Kişinyovda keçiriləcək görüşünün səmərəliliyinə ümid edir - dövlət katibinin köməkçisi

ABŞ, Vaşinqton, 07 oktyabr / Trend , müxbir N.Boqdanova/

Vaşinqton Azərbaycan və Ermənistan dövlət başçılarının oktyabrın 8-də Kişinyovda keçiriləcək görüşünün səmərəliliyinə ümid edir, Trend -a ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon (Philip Gordon) bildirib.

"Biz ümid edirik ki, son zamanlar Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasındakı danışıqlarda müşahidə olunan irəliləyiş Moldovadakı görüş zamanı nəzərəçarpan nəticələrə səbəb olacaq", - o bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü oktyabrın 8-də Kişinyovda MDB dövlət başçılarının sammmiti çərçivəsində keçiriləcək.

Qordonun sözlərinə əsasən, ABŞ administrasiyası bu məqsədə çatmaq üçün mümkün olan hər şeyi edəcək.

"Birləşmiş Ştatlar Dağlıq Qarabağ prosesinə tam dəstəyini davam etdirir. Biz regionda təhlükəsizliyin təmin edilməsində və Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıyıq. Mən hesab edirəm ki, münaqişənin nizamlanması mümkündür və ABŞ buna dəstək göstərməyə hazırdır", - Qodron əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti