...

Ermənistanın XİN rəhbəri ABŞ dövlət katibi müavininin köməkçisi ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2009 17:04 (UTC +04:00)

Ermənistan ABŞ ilə əməkdaşlıq və tərəfdaşlığın möhkəmləndirilməsinə və çoxtərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çərşənbə axşamı deyib.

Ermənistan XİN-in mətbuat xidmətindən Mediamaks-a verilən məlumata görə, Nalbandyan bu barədə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanov ilə keçirilən görüş zamanı bəyan edib.

Həmsöhbətlər Ermənistan-Türkiyə əlaqələrinin normallaşması prosesini müzakirə ediblər. Nalbandyan Ermənistan və Türkiyə əlaqələrinin qurulmasında etdiyi köməyə və bu istiqamətdə göstərdiyi səylərə görə ABŞ-a təşəkkürünü bildirib.

Edvard Nalbandyan və Tina Kaydanov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində son irəliləyişləri də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti