...

Afina görüşünün yukununa dair bayanat qəbul ediləcək - Azərbaycanın XİN rəhbəri (ƏLAVƏ OLUNUB) - FOTO

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2009 13:44 (UTC +04:00)
Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın bugünkü Afina görüşünün yekununa dair Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bəyanat qəbul ediləcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Yunanıstan paytaxtında jurnalistlərə bildirib, Trend News-un xüsusi müxbiri Afinadan məlumat verir.
Afina görüşünün yukununa dair bayanat qəbul ediləcək - Azərbaycanın XİN rəhbəri (ƏLAVƏ OLUNUB) - FOTO

Yunanıstan, Afina, 1 dekabr / Trend , müxbir E.Hüseynov/

Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın bugünkü Afina görüşünün yekununa dair Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bəyanat qəbul ediləcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Yunanıstan paytaxtında jurnalistlərə bildirib, Trend -un xüsusi müxbiri Afinadan məlumat verir.

Bəyanatın mətni bazar ertəsi iki ölkənin xarici siyasət idarəsi rəhbərlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işgüzar görüşündə muzakirə olunub.

Məmmədyarovun sözlərinə görə, bu gün səhər o, yenidən beynəlxalq vasitəçilərlə görüşüb.

Azərbaycan XİN-in rəhbəri Ermənistan XİN-in rəhbəri və Minsk Qrupu həmsədrləri ilə dünənki danışıqları müsbət qiymətləndirib.

"Bəyanat "3+2" formatında olan görüşdən sonra qəbul ediləcək", - Məmmədyarov deyib. Onun sözlərinə görə, görüşdə Minsk Qrupunun həmsədr ölkələri Rusiya, Fransa, ABŞ-ın XİN rəhbərləri iştirak edəcək.

"Hər şey bugünkü görüşdən aslıdır", - Azərbaycanın XİN rəhbəri deyib.

Azərbaycan və Ermənistan XİN rəhbərləri bu gün, günün ikinci yarısinda ATƏT XİNŞ Afinanda keçirilən iclasında iştirak çərçivəsində görüşəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Xəbər lenti

Xəbər lenti