...

ATƏT-in Minsk Qrupunun fəaliyyətinə Azərbaycanda inam azalır - vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2009 14:01 (UTC +04:00)
"Minsk Qrupu bütovlükdə qrup kimi öz fikrini yalnız danışıqlar proseninin ayrı-ayrı mərhələləri ilə bağlı bildirir. Amma bu qrupa üzv olan ölkələrin bu və ya digər addımlarına fikir bildirməsinə onlar hər zaman çəkinirlər", - Trend News-un məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında vitse-spiker Bahar Muradova bildirib.
ATƏT-in Minsk Qrupunun fəaliyyətinə Azərbaycanda inam azalır - vitse-spiker

Azərbaycan, Bakı, 18 dekabr / Trend , M.Əliyev/

Azərbaycan Parlamentinin vitse-spikeri ATƏT-in Minsk Qrupunun fəaliyyətinə Azərbaycanda inamın azaldığını deyir.

"Minsk Qrupu bütovlükdə qrup kimi öz fikrini yalnız danışıqlar proseninin ayrı-ayrı mərhələləri ilə bağlı bildirir. Amma bu qrupa üzv olan ölkələrin bu və ya digər addımlarına fikir bildirməsinə onlar hər zaman çəkinirlər", - Trend -un məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında vitse-spiker Bahar Muradova bildirib.

Onun sözlərinə görə, erməniləri dəstəkləyən addımlar vaxtı ilə Rusiya, Fransa tərəfindən də atılıb, hər zaman müxtəlif istiqamətdən Ermənistana yardımlar daxil olub.

"Ona görə də onların biri-birini qınaq obyektinə çevirəcəyini görməmişik, nə də bundan sonra görəcəyimizə ümid etmirik", - deyə Muradova vurğulayıb.
Parlament rəsmisi Minsk Qrupunu üzərinə düşən vəzifəni yerinə yetirməyə, danışıqların intensivləşməsinə və tərəflərin qəbul edə biləcəyi bir variantın ortaya qoyulmasında öz imkanlarını səfərbər etməyə çağırıb.

ABŞ Konqresi Senat və Nümayəndələr Palatasının 2010-cu maliyyə ili üçün yardımlara dair qanun layihəsini təsdiqləyib və buna əsasən, Dağlıq Qarabağa yardım göstərmək üçün 8 milyon dollar ayrılacaq. Bundan əlavə, Qarabağda proqram həyata keçirmək üçün istənilən məhdudiyyətlər götürülüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti