...

ABŞ-ın Dağlıq Qarabağa maliyyə yardımı ayırması danışıqlara mənfi təsir edə bilər - Azərbaycan XİN-in notası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2009 17:46 (UTC +04:00)
Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyevin ABŞ Konqresinin Dağlıq Qarabağa 8 milyonluq maliyyə yardımının ayrılması barədə qanun layihəsini qəbul etməsi ilə əlaqədar təqdim etdiyi rəsmi etiraz notasında deyilir ki, ABŞ tərəfinin bu cür hərəkətləri Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə mənfi təsir edə bilər.
ABŞ-ın Dağlıq Qarabağa maliyyə yardımı ayırması danışıqlara mənfi təsir edə bilər - Azərbaycan XİN-in notası

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyevin ABŞ Konqresinin Dağlıq Qarabağa 8 milyonluq maliyyə yardımının ayrılması barədə qanun layihəsini qəbul etməsi ilə əlaqədar təqdim etdiyi rəsmi etiraz notasında deyilir ki, ABŞ tərəfinin bu cür hərəkətləri Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə mənfi təsir edə bilər. Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov Trend -a bildirib.

Poluxovun sözlərinə görə, etiraz notasında Azərbaycan tərəfinin fikri bildirilib ki, bu cür hərəkət ABŞ-ın danışıqlar prosesində mediator kimi qərəzsizliyini şübhə altına salır.

Onun sözlərinə görə, notada həmçinin deyilir ki, Ermənistanın işğalı atında olan Dağlıq Qarabağ və ona bitişik olan yeddi rayon Azərbaycanın regionudur və Birləşmiş Ştatlar hökumətinin Azərbaycanla məsləhətləşmədən burada həyata keçirtdiyi istənilən proqram və fəaliyyət ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinə dair rəsmi şəkildə bəyan edilmiş mövqeyinə ziddir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti