...

Ermənistanın XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2010 12:44 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yanvarın 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar Fasye və Robert Bradke ilə görüşüb.
Ermənistanın XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yanvarın 19-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Ermənistan XİN-in mətbuat xidmətindən "Novosti-Armeniya" agentliyinə bildirildiyi kimi, görüş zamanı Dağlıq qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı məsələlər müzakirə olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti