...

Misir saytı Azərbaycan xəritəsini Dağlıq Qarabağ və Naxçıvansız tədqim edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Yanvar 2010 17:55 (UTC +04:00)
Misirin Moheet.com informasiya saytı Azərbaycan haqqında məqalə dərc edib və Azərbaycan xəritəsi Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikası ərazisi olmadan tədqim edib.
Misir saytı Azərbaycan xəritəsini Dağlıq Qarabağ və Naxçıvansız tədqim edib

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir Ü.Sadıxova/

Misirin Moheet.com informasiya saytı Azərbaycan haqqında məqalə dərc edib və Azərbaycan xəritəsi Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikası ərazisi olmadan tədqim edib.

Məqalədə Bakıda Azərbaycanın Kinematoqraflar Birliyi ilə birgə Azərbaycan və Misir arasındakı mədəni əlaqələrin möhkəmlənməsinə yardım edəcək Misir kinosu həftəsinin keçirilməsindən danışılır.

Misir saytında təqdim olunan xəritədə Dağlıq Qarabağ və Naxçıvan ərazisi Ermənistan ərazisi kimi göstərilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti