...

Avstriyanın Müdafiə və İdman Nazirliyinin rəsmi saytı Azərbaycanın ərazi bütövlüyü haqqında informasiyanı təhrif edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Yanvar 2010 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir M.Əliyev/

Avstriyanın Müdafiə və İdman Nazirliyinin rəsmi saytı Dağlıq Qarabağ ərazisinin Ermənistan anklavası kimi göstərildiyi xəritə yerləşdirib. "www.bmlv.gv.at" saytı (http://www.bmlv.gv.at/misc/image_popup/popup.php?strAdresse=/omz/grafiken/vollbild/malek1699.png&intSeite=1280&intHoehe=1024&intMaxSeite=1280&intMaxHoehe=994&blnFremd=1 linki) Dağlıq Qarabağ haqqında yalan informasiya yayır. Bu barədə Dünya Azərbaycanlıları Konqresinin məlumatında deyilir. Bu faktla əlaqədar olaraq Konqres öz etirazını bildirmək niyyətindədir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti