...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Fevral 2010 10:30 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 04 fevral / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 3-də saat 08.30-dən 08.39-dək, 08.40-dan 08.45-dək Cəbrayıl rayonunun Mehdili və Cocuqmərcanlı kəndləri yaxınlığındakı mövqelərdən;

Saat 09.10-dan 09.25-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxılığında yerləşən mövqelərdən;

Saat 16.00-dan 16.15-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;

Saat 20.50-dan 21.10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;

Saat 22.00-dan 22.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;

fevralın 4-ü saat 00.25-dan 00.45-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti