...

Azərbaycanda "Qarabağ gündəliyi" adlı bülleten nəşr olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2010 16:26 (UTC +04:00)
"Qarabağ Azadlıq Təşkilatının nəşr etdirdiyi "Qarabağ gündəliyi" bülleteni son 6 ay ərzində (2009-cu ilin iyul-dekabr ayları) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesinə həsr olunub", - çərşənbə axşamı Trend News-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən bildirilib.
Azərbaycanda "Qarabağ gündəliyi" adlı bülleten nəşr olunub

Azərbaycan, Bakı, 16 fevral, / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda "Qarabağ gündəliyi" adlı bülleten nəşr olunub.

"Qarabağ Azadlıq Təşkilatının nəşr etdirdiyi "Qarabağ gündəliyi" bülleteni son 6 ay ərzində (2009-cu ilin iyul-dekabr ayları) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesinə həsr olunub", - çərşənbə axşamı Trend -a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən bildirilib.

Bülletendə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi prosesi üzrə aparılan danışıqların gedişi ilə bağlı baş verən hadisələr, həyata keçirilən tədbirlər, irəli sürülən fikir və mülahizələr, təklif olunan variantlar öz əksini tapıb. "Eyni zamanda, kitabda Azərbaycan dövləti və cəmiyyətinin, beynəlxalq təşkilatların, xarici dövlətlərin, daxili və xarici ekspertlərin mövqeləri xronoloji ardıcıllıqla verilib", - məlumatda vurğulanır.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Bülletenlərin hər dəfə 6 aylıq dövrü əhatə etməklə ildə 2 dəfə buraxılması nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti