...

Qarabağ Azadlıq Təşkilatı Ermənistan Ordusunun atəşkəsi pozmasını pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2010 13:30 (UTC +04:00)
Cəbhə xəttində Azərbaycan Ordusunun daha üç əsgərinin öldürülməsi, bir neçə nəfərin yaralanması işğalçı Ermənistanın təcavüzkar siyasətini davam etdirdiyini bir daha təsdiq edir. Trend News-un məlumatına görə, bu barədə Qarabağ Azadlıq Təşkilatının cümə günü yaydığı bəyanatda vurğulanır.
Qarabağ Azadlıq Təşkilatı Ermənistan Ordusunun atəşkəsi pozmasını pisləyir

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Cəbhə xəttində Azərbaycan Ordusunun daha üç əsgərinin öldürülməsi, bir neçə nəfərin yaralanması işğalçı Ermənistanın təcavüzkar siyasətini davam etdirdiyini bir daha təsdiq edir. Trend -un məlumatına görə, bu barədə Qarabağ Azadlıq Təşkilatının cümə günü yaydığı bəyanatda vurğulanır.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba və Qapanlı, Ağdam rayonunun Yusifcanlı və Cavahirli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Sonra atışma geniş miqyaslı xarakter alıb.

Məlumata görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun 3 əsgəri şəhid olub, biri isə yaralanıb.

"Bu qanlı olay bir daha göstərir ki, Ermənistanla danışıqlar aparmağın, danışıqlar yolu ilə işğalçı Ermənistanın torpaqlarımızı tərk edəcəyinə ümid etməyin, beynəlxalq vasitəçilərin missiyasının davam etdirilməsinin heç bir mənası yoxdur",- bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti