...

Bolqarıstanda Xocalı soyqırımının 18-ci il dönümü ilə bağlı bir sıra tədbirlər keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2010 19:11 (UTC +04:00)
Xocalı soyqırımının 18-ci il dönümü ilə əlaqədar olaraq Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən bir sıra tədbirlər təşkil edilib və keçirilib. Bu tədbirlər Bolqarıstanın geniş ictimaiyyətinə bir daha imkan verib ki, erməni təcavüzü faktları ilə tanış olsunlar.
Bolqarıstanda Xocalı soyqırımının 18-ci il dönümü ilə bağlı bir sıra tədbirlər keçirilib

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir M.Əliyev/

Xocalı soyqırımının 18-ci il dönümü ilə əlaqədar olaraq Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən bir sıra tədbirlər təşkil edilib və keçirilib. Bu tədbirlər Bolqarıstanın geniş ictimaiyyətinə bir daha imkan verib ki, erməni təcavüzü faktları ilə tanış olsunlar. Bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyinin məlumatında deyilir.

Faciəvi tarix ərəfəsində səfirlik müxtəlif instansiyalara Xocalı soyqırımı barədə materiallar paketi göndərib. Bu materiallar paketina Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitablar, broşürlər, həmçinin səfirliyin xüsusi press-relizləri daxildir. Həmin materiallar hökumət və qeyri-hökumət təşkilatlarına, o cümlədən parlamentin ali rəhbərləri və bəzi deputatlarına, Nazirlər Kabineti Administrasiyasına, XİN-ə, həmçinin Dövlət Elm Mərkəzinin, ali təhsil müəssisələrinin və kitabxanaların rəhbərliyinə göndərilib.

Qeyd etmək lazımdır ki, bir çox ictimai xadimlər, o cümlədən Bolqarıstan Elmlər Aakdemiyasının Prezidenti tərəfindən Azərbaycana başsağlığı verilib. Fevralın 25-də bolqarıstanın tanınmış kanalı olan "MCAT" kanalında Azərbaycan haqqında xüsusi buraxılış nümayiş etdirilib. Verlişin əsas materialı Xocalıdakı soyqırım qurbanlarının xatirəsinə həsr edilib. Bolqarıstan televiziyasının müxbirlərinin çoxsaylı suallarına cavab verən Azərbaycanın Sofiyadakı səfiri Elman Zeynalov həmin faciəvi gündə ermənilər tərəfindən törədilən vandalizm hücumları və anlı qırğın barədə danışıb. Qeyd edib ki, ermənilər tərəfindən törədilən həmin əməllər bu vaxta qədər dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməyib. Verilişdə erməni hərbçiləri tərəfindən törədilən qorxunc amansızlıq faktlarını əks etdirən fotolar nümayiş olunub. Səfirliyin təşəbbüsü, Bolqarıstanda oxuyan azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən tədbir çərçivəsində fevralın 26-da bır sıra ali təhsil müəssisələrində, o cümlədən Blaqoyevqrad şəhərindəki Amerika Universitetində və Kliment Oxridski adına Sofiya Universitetində Xocalı faciəsinə həsr olunmuş aksiya keçirilib. Belə ki, azərbaycanlı tələbələr Xocalı soyqırımı barədə "We won't forget Khojaly" (Biz Xocalını unutmayacağıq) adı altında informasiya yayıblar. Eyni zamanda, Azərbaycanlı diplomatlarının uşaqlarının təhsil aldığı orta məktəblərdə də buna bənzər aksiyalar keçirilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər. Soyqırım zamanı Xocalıda 600-dan çox adam öldürülüb, qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır. 1000 nəfər aldığı yara nəticəsində əlilə çevrilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti