...

Ermənilərin Dağlıq Qarabağda törətdikləri faciəvi hadisələri araşdırmaq lazımdır – Böyük Britaniyanın Lordlar Palatasının üzvü (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2010 19:30 (UTC +04:00)
Çərşənbə günü Böyük Britaniyanın Lordlar Palatasında qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnamənin müzakirəsində iştirak edən lord Ken Maginnis yuzillik tarixi olan hadisələri müzakirə etməkdənsə, Dağlıq Qarabağda baş verən hadisələri araşdırmağa çağırıb.
Ermənilərin Dağlıq Qarabağda törətdikləri faciəvi hadisələri araşdırmaq lazımdır – Böyük Britaniyanın Lordlar Palatasının üzvü (YENİLƏNİB)

Çərşənbə günü Böyük Britaniyanın Lordlar Palatasında qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnamənin müzakirəsində iştirak edən lord Ken Maginnis yuzillik tarixi olan hadisələri müzakirə etməkdənsə, Dağlıq Qarabağda baş verən hadisələri araşdırmağa çağırıb. Məlumatı Cihan agentliyi yayıb.

1915-ci il hadisələri ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi və İsveç Parlamentinin ardınca çərşənbə günü Böyük Britaniyanın Lordlar Palatasında müzakirəyə çıxarılıb.

Lord Maginnis Osmanlı İmperiyasında baş verən 1915-ci hadisələrinin soyqırım olmadığını əlavə edərək, ermənilərin Dağlıq Qarabağda törətdiyi hadisələrin nəticələrini araşdırmağa çağırıb.

"O dövrdə ruslar və ermənilər arasında gizli razılaşmalar mövcud olub və xoşagəlməz hadisələr fitnəkarlığın nəticəsi olub. Hadisələr zamanı ermənilərlə yanaşı, digər xalqlar da zərər çəkib, lakin bunu soyqırım hesab etmək olmaz", - britaniyalı lord deyib.

Lord Maginnisin fikrincə, 1915-ci il hadisələrini "soyqırım" kimi qiymətləndirmək Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması prosesinə zərbə vurur.

İclasın digər iştirakçısı lord Con Devid Teylor Kilkluninin sözlərinə görə, Böyük Britaniyanın qondarma "erməni soyqırımı"nın tanınmasını müzakirəyə çıxarması Türkiyəni özündən uzaqlaşdırır.

Britaniyalı lord həmçinin Dağlıq Qarabağda minlərlə dinc azərbaycanlının ermənilər tərəfindən qətlə yetirməsi faktını xatırladıb.

Lordlar Palatasının nümayəndələri ilə yanaşı, dövlət naziri baronessa Qlenis Elizabet Kinnok Böyük Britaniyanın qondarma "erməni soyqırımı"nı tanımaması və rəsmi nümayəndəsinin Kardifdə keçiriləcək "erməni soyqırımı"nın anma mərasiminə göndərməkdən imtina etməsi barədə bəyanat verib.

"İstənilən rəsmi nümayəndənin həmin tədbirdə iştirak etməsi Böyük Britaniyanın qondarma "erməni soyqırımı"nı tanıması kimi qiymətləndirilə bilər", - dövlət naziri deyib.

Xəbər lenti

Xəbər lenti